GİRİŞ
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) Elektron Xidmətlər portalı
(https://e-services.economy.gov.az) vasitəsilə məlumatlarını təqdim edən İstifadəçilərin məxfiliyinin
qorunmasına dair məsuliyyət daşıyır.
Nazirlikdə Məxfilik Siyasəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
Portalda dəyişiklik edilmiş şərtləri yerləşdirməklə istənilən vaxt bu Məxfilik Siyasətinə dəyişiklik edilə bilər.
Bütün düzəliş edilmiş şərtlər, başqa şərt göstərilmədiyi təqdirdə, dərc edilmiş Məxfilik Siyasətində göstərilən
tarixdə avtomatik olaraq qüvvəyə minir.
MƏLUMATLARIN TOPLANILMASI VƏ İSTİFADƏSİ
Portal aşağıdakı qeyd edilən məlumatları toplaya bilər:
- İstifadəçinin adı
- İstifadəçinin soyadı
- Əlaqə nömrəsi
- Elektron poçt ünvanı
- İstifadəçinin İP ünvanı
- Hesablaşma hesabının nömrəsi və bankın adı
- Fəaliyyət növü
- VÖEN
Toplanılan məlumatlar yalnız bu Məxfilik Siyasətində müəyyən edilən hallarda toplana bilər. Həmin hallar aşağıdakılardır:
- Portal vasitəsi ilə müraciətləri göndərərkən;
- Portal vasitəsi ilə ödənişləri apararkən.
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:
- İstifadəçinin sorğusuna cavab hazırlanması;
- Müraciətin icra prosesinə dair, xidmətlər və yeniliklər barədə məlumat;
- Bazar araşdırması, təhlil analitik məqsədləri və proses, xidmət və məhsulların təkmilləşdirilməsi.
İstifadəçi hər zaman gələcəkdə oxşar məlumatlar almaqdan imtina edə və ya bütün fərdi məlumatlarının silinməsinə
dair sorğu göndərə bilər.İstifadəçilərin portalda saxlanılan məlumatları onların razılığı olmadan satıla və/və ya üçüncü bir şəxslə paylaşıla bilməz.
“COOKİE” SİYASƏTİ
Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz,
istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında
məlumatlar saxlanılır. Nazirliyin Elektron Xidmətlər portalı bir çox veb saytlarda olduğu kimi, İstifadəçiləri üçün xidmət səviyyəsinin
artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.
Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə portalı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən
qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda portalıdaki bəzi funksiyalar öz funksiyonallığını itirə biləcəyini nəzərə
almağınızı xahiş edirik. Kukilərin istifadəsini özünüz tənzimləyə bilərsiniz.
Belə ki, brauzerinizin tənzimləmə vasitəsilə kukilərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə,
mobil cihazınızda saxlanılmamasını təmin edə bilərsiniz. Kukiləri qəbul etmədiyiniz halda, portalı daha
effektiv edən bir çox xüsusiyyətlərdən istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlərimiz tam işləməyəcək.
MƏLUMATLARIN QORUNMASI
Nazirliyin Elektron Xidmətlər portalı Sizin məlumatlarınızı qorumaq üçün çalışır.
Bunun üçün müxtəlif təhlükəsizlik texnologiyalarından və informasiyanın icazəsiz girişdən, istifadədən və ya açıqlanmasından
qorunmasına yönələn tədbirlərdən istifadə edilir. İstifadə etdiyimiz tədbirlər sizin məlumatlarınızın emalı riskinə uyğun təhlükəsizlik
səviyyəsini təmin etmək üçün nəzərdə tutulmuşdur.